RU

KTMT-nin keçmiş baş katibi məhkəmədə: “Bu qədər il siz mənim əsəblərimlə oynamısınız”

KTMT keçmiş baş katibi, general Yuri Xaçaturov Robert Koçaryan və digər şəxslərin işi üzrə keçirilən məhkəmə iclasında yeni ittihamla bağlı sənədlərin tam şəkildə onun üçün tərcümə edilməsini tələb edib.

NOCOMMENT.az xəbər verir ki, məhkəməyə sədrlik edən Antikorrupsiya Cinayət Məhkəməsinin hakimi Sarqis Petrosyan Xaçaturovun tələbinə belə cavab verib:

“Sizin sözünüz məhkəmə üçün böyük çəkiyə malikdir. Əgər sənədlərlə şəxsən tanış olmaq istəyirsinizsə, məhkəmə bu hüququnuzu məhdudlaşdırmır. Sadəcə, oxumayacaqsınızsa, bizim 3 cildi tərcümə etdirib sizə təqdim etməyimiz formal xarakter daşıyacaq”.

Xaçaturov isə cavabında bildirib ki, sənədlərin tərcümə edilməsi onun üçün mütləqdir:

“Tərcümə edin, sonra danışarıq. Bu qədər il siz mənim əsəblərimlə oynamısınız, niyə mən də etməyim?”

Məhkəmə işi üzrə növbəti iclas dekabrın 17-si saat 11:00-a təyin edilib.

Избранный
50
nocomment.az

1Источники