RU

Dneprə raket zərbəsi: 4 ölü, 40 yaralı...

Dekabrın 1-də Rusiyanın Dneprə endirdiyi raket zərbəsi nəticəsində 4 nəfər həlak olub.

XəzərNews.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Dövlət Xidməti yayıb.

Xilasedicilər bütün yanğınları söndürüblər. Bir ofis binası və 50-yə yaxın avtomobil qismən dağılıb.

Fövqəladə Hallar Dövlət Xidməti atışma səhnəsinin necə göründüyünü göstərib.

Mer Boris Filatov dekabrın 2-ni Dneprdə matəm günü elan edib.O, işğalçıların zərbəsi nəticəsində dağıntıları təsvir edib: dörd hündürmərtəbəli binanın pəncərələri sındırılıb, təhsil müəssisəsinin binası, xeyriyyə təşkilatının anbarı, qeyri-yaşayış sahələrinə ziyan dəyib.

Yaralıların sayı hazırda 40-a çatıb, 11-nin vəziyyəti ağırdır,- deyə vilayət hərbi administrasiyasının rəhbəri Vladislav Qayvanenko bildirib.

Qəza yerində axtarış əməliyyatları başa çatıb.



Xəbər 5 dəfə oxunub.
Избранный
44
xezernews.az

1Источники