RU

Rusiyanın hücumlarına görə matəm elan olundu

Rusiya ordusunun noyabrın 29-da Ukraynanın Dnepr şəhərinə endirdiyi raket zərbələri ağır nəticələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, Dnepr rəhbərliyi həlak olanların xatirəsinə sabah-martın 2-də şəhərdə matəm günü elan edib.

Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində 27 nəfər xəsarət alıb, onların arasında ağır yaralılar da var. Hücum nəticəsində 4 nəfərin ölməsi təsdiqlənib. Xilasedicilər daha 4 şəxsi dağıntılar altından sağ çıxarıb.

Hücum nəticəsində şəhərdə ciddi infrastruktur dağıntıları qeydə alınıb. 4 mərtəbəli ofis binası dağılıb və 49 avtomobil yararsız hala düşüb və ya ağır zədələr alıb. Eyni zamanda, 4 çoxmərtəbəli yaşayış binasında 200-dən çox pəncərə qırılıb. Təhsil müəssisəsinin binası və bir xeyriyyə təşkilatına məxsus anbar da dağıntıya məruz qalıb.


Telegram kanalımız
Избранный
27
1
yenisabah.az

2Источники