RU

Berdıyevi əvəzləyən mütəxəssis 46 yaşında vəfat etdi

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Kayrat” klubunun keçmiş baş məşqçisi Kirill Keker vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis 46 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Keker 2022-ci ildə Kurban Berdıyevin “Kayrat”dan ayrılmasından sonra komandaya baş məşqçi təyin edilmişdi. İki il burda çalışan mütəxəssis daha sonra “Ordabası”da işləyib. Mütəxəssis son olaraq Qazaxıstanın U-19 yığmasına rəhbərlik edirdi.

Kurban Berdıyev hazırda “Turan Tovuz”u çalışdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
80
futbolpress.az

1Источники