RU

Vətən müharibəsi şəhidi Turan Məmmədlinin ildönümündə xatirəsi anılıb

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

01dekabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Məmmədli Turan Raqif oğlunun ildönümüdür. Bu münasibətilə Göycəli kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiriAriz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
84
2
sesqazeti.az

10Источники