RU

"Toyota-Prius" Maştağada piyadanı vurub öldürdü


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, Musayev Zakir Məmmədəğa oğlu Sabunçu rayonu, Maştağa şosesində Maştağa qəsəbəsi istiqamətində idarə etdiyi "Toyota-Prius" markalı avtomobillə hərəkətdə olarkan piyada 1975-ci il təvəllüdlü Əskərov Elşən Paşa oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən piyada həkimlərin səyinə baxmayaraq həyatla vidalaşıb. Faktla bağlı cinayət işi başlanılıb.

Mətləb

Избранный
80
1
baki-xeber.com

5Источники