Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin mərkəzi ofisində TAİB üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair, ziyalı Vahid Aslanın "Çətindərə" kitabının təqdimat mərasimi keçirilib. Missiya.Az xəbər verir ki, tədbirdə TAİB nümayəndləri, tanınmış şəxslər, yazıçılar, şairin ailə üzvləri iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. TAİB-in sədr müavini Eyvaz Hünbətov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün qədim yurd yerlərimiz haqqında sənədlərin, tarixi məlumatların, elmi araşdırmaların yer aldığı kitabların təbliği, Azərbaycan həqiqətlərinin tanıdılmasıdır. “Çətindərə” kitabının da ərsəyə gəlməsində əsas məqsəd Gədəbəyin etnorqafik təbiətinin, səfalı yaylaqlarının və unudulmuş yurd yerlərinin tanıdılmasına töhfə verməkdir. Burada müəllif keçmişimizin izlərini qoruyub gələcək nəsillərə çatdımağı qarşısına məqsəd qoyub. Digər çıxış edənlər kitabla bağlı fikirlərini dilə gətirib və Vahid Aslanın fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərində uğurlar arzulayıblar.Sonda şairin şeirlərinə həsr olunmuş mahnılar videoçarx şəklində nümayiş olunub və müəllif tədbirdə iştirak edənlərə dərin minnətdarlığını bildirib. Xatırladaq ki, Vahid Aslan 16 kitab, 4 monoqrafiya, 2 metodik vəsait və 440-dən çox məqalənin müəllifidir.Nurlana ƏhmədovaMissiya.Az



- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта