RU

Aİ ABŞ-ni Avropadan qoşun çıxarmaq qərarını yenidən nəzərdən keçirməyə çağırır

NATO təlimləri Avropanın ABŞ hərbi dəstəyindən kəskin asılılığını üzə çıxarıb…

Poliqon xəbər verir ki, Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri Vaşinqtonu Avropadakı Amerika hərbi kontingentinin azaldılması və bəzi ölkələrdən çıxarılması qərarını dəyişməyə razı salmağa çalışırlar. Bloomberg Agentliyi yazır ki, Avropa paytaxtlarında bu məsələ ilə bağlı ciddi narahatlıq yaranıb və səbəblərdən biri noyabr ayında Rumıniyada keçirilmiş genişmiqyaslı NATO təlimləridir.

Məlumata görə, Buxarestdən 260 km aralıda yerləşən Çinku bölgəsində keçirilmiş manevrlər zamanı Avropa qüvvələri Fransanın komandanlığı altında Karpat dağlarının müdafiəsini sınaqdan keçiriblər. Lakin təlimlər göstərib ki, qitənin nəqliyyat və logistika infrastrukturundakı çatışmazlıqlar səbəbindən Avropa ordularının ehtiyat qüvvələri ön xəttə yalnız bir neçə həftəyə çata bilər. Bu isə rəsmi qiymətləndirmələrə görə, Rumıniya qoşunlarını münaqişənin ilk mərhələlərində faktiki olaraq tək qoyur.

Bloomberg bildirir ki, Avropa rəsmiləri bu reallığın ABŞ-nin dəstəyi olmadan Aİ-nin özünü müdafiə qabiliyyətinin son dərəcə məhdud olduğunu açıq şəkildə nümayiş etdirdiyini hesab edirlər. Bu səbəbdən də onlar Vaşinqtona təzyiqləri artıraraq ABŞ qoşunlarının Avropadan çıxarılmasının NATO-nun ümumi müdafiə strategiyasına zərər vuracağını vurğulayırlar.

Xatırladaq ki, ABŞ oktyabr ayının sonunda Rumıniyadakı hərbi kontingentini 1,7 min nəfərdən 1 minə endirmək, həmçinin Bolqarıstan, Slovakiya və Macarıstan ərazisindəki qoşunlarını çıxarmaq planlarını açıqlayıb. Bu qərar xüsusilə Şərqi Avropa dövlətləri tərəfindən narahatlıqla qarşılanıb.

Avropalı diplomatlar hesab edirlər ki, ABŞ-nin hərbi iştirakının zəifləməsi Rusiya ilə gərginlik fonunda strateji boşluq yarada bilər və bunun nəticələri həm NATO, həm də Aİ üçün ciddi risklər doğura bilər.

Poliqon.info

Избранный
118
50
poliqon.info

10Источники