ain.az, Idman.biz saytına istinadən bildirir.
İngiltərə Premyer Liqasının “Liverpul” komandasının baş məşqçisi Arne Slot “Vest Hem” üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis uğursuz seriyanın qırılmasını xüsusi vurğulayıb.
“Əlbəttə, bir rahatlıq hissi var. Bir-birinin ardınca bu qədər oyun uduzduqdan sonra qələbə qazanmaq çox vacib idi”, - deyə Slot bildirib.
Baş məşqçi komandasının müdafiədə etibarlı oynadığını qeyd edib:
“Rəqibə demək olar ki, heç nə yaratmağa imkan vermədik. Özümüz isə kifayət qədər qol epizodu hazırladıq. Son oyunlarda bundan xeyli çox səhvlər etmişdik”.
Məşqçi həmçinin matçın başlanğıcı ilə bağlı müsbət məqamı da xüsusi qeyd edib:
“Beşinci dəqiqədə qol buraxmamaq da bizim üçün əlavə müsbət faktordur”.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.