RU

“Liverpul” səfərdə “Vest Hem”i məğlub etdi

İngiltərə Premyer Liqasının 13-cü turunda “Vest Hem” öz meydanında “Liverpul”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə,“London Stadium”da keçirilən qarşılaşma mersisaydlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Görüşün hesabını 60-cı dəqiqədə isveçli hücumçu Aleksander İsak açıb. Matçın sonlarında meydan sahiblərinin yarımmüdafiəçisi Lukas Paketa iki dəqiqə ərzində iki sarı vərəqə alaraq meydandan qovulub. 90+2-ci dəqiqədə Koadi Qakpo matçın yekun hesabını müəyyənləşdirib – 2:0.

Bundan əvvəl “Liverpul” bütün turnirlərdə ardıcıl üç məğlubiyyət almışdı.

Bu qələbədən sonra “Liverpul” 21 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. “Vest Hem Yunayted” isə 11 xalla 17-ci yerdə qərarlaşıb.

Избранный
41
90deqiqe.az

1Источники