RU

Bakıda bu məhsulu tapmaq çətinləşdi Kəskin bahalaşdı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kənd yumurtası bahalaşıb.

Globalinfo.az Xəzər TV-yə istinadən bildirir ki, İsmayıllı bazarında hazırda bir ədəd kənd yumurtası 40 qəpiyə satılır. Satıcıların sözlərinə görə, onlar yumurtanı kənd sakinlərindən 35 qəpiyə alırlar və cəmi 5 qəpik qazanc əldə edirlər.

Kəndlilər qiymət artımını istehsal xərclərinin çoxalması ilə əlaqələndirirlər. Bildirilir ki, toyuqlar üçün alınan arpa və digər yem məhsullarının qiyməti yüksəldiyindən yumurtanın da qiyməti artır. Digər səbəb isə kənd yumurtasının qış aylarında az olmasıdır.

Alıcılar isə qiymət yüksək olsa da, kənd yumurtasına üstünlük verdiklərini deyirlər.

Şəkidə isə kənd toyuğu yumurtasının qiyməti iki dəfə artaraq 50 qəpik olub, bununla yanaşı bazarlarda kənd yumurtası tapmaq da olmur.

Paytaxt bazarlarında da kənd yumurtasını tapmaq müşkülə çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
235
23
globalinfo.az

10Источники