RU

Goranboyda "VAZ" ağaca çırpıldı, xəsarət alan var

Goranboyda qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nərimanlı kəndində baş verib. Hərəkətdə olan "VAZ 21099" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik avtomobili yol kənarında ağaca çırpılıb. Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Maarif Orucov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
212
17
unikal.az

9Источники