RU

Erməniyə rəğbətini "sülh prosesinə töhfə verirəm"lə pərdələyənlər - Rəy

Yazını böyüt
Yazını kiçilt

Ekspert qeyd edib ki, Ermənistan-Azərbaycan dövlətlərarası müharibə bitib. Sülh yoxdur. Rəsmi protokol çərçivəsində proses aparılır. Ermənistan da revanşizm qalmaqdadır və hakimiyyət uğrunda mübarizə aparılır. Hazırda iki ölkə arasında yekun sülh müqaviləsi bağlanmayıb. Bir gözləsinlər görək erməni bizimlə sülh istəyir? Biz müharibədə qalib olmuşuq. Paşinyan da məcbur sülhə gedir".

Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.

Eksperet vurğulayıb ki, sülh prosesini dövlətlər aparır və heç bir vətəndaşın, hər-hansı bir sahədə çalışan şəxsin ixtiyarı yoxdur ki, durub xalqın adından sülhdən danışsın, sülh prosesinə töhfə versin:

"Heç bir şəxsin xalqın adından durub, ermənini qucaqlayıb "sülh naminə edirəm" - deməsi qəbulolunmazdır. Bu hərəkət şəxsin özünün erməniyə rəğbətindən irəli gəlir. Kim erməniyə dayı deyirsə, özü bilər. Erməniyə dayı deyən, qucaqlayıb bağrına basan azərbaycanlı ola bilməz! Samirə adında bir "oxuyançı" gedib Qazaxıstanda Azərbaycan dövləti adından sülhə töhfə verdiyini bəyan edir. Soruşan lazım, sən kimsən axı?!. Erməniyə simpatiyan var, özün bilərsən, amma xalqın adından danışa bilməzsən! Bu xalqın adından Prezident və sülh prosesinə töhfə verən xalqın siyasətçisi, ziyalısı danışa bilər".

Tahirə Qafarlı

Избранный
8
1
hafta.az

2Источники