RU

25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə günüdür

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 Noyabr-Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günü ilə bağlı "Zorakılıqsız cəmiyyət üçün bir addım" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının məsul əməkdaşları, Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, tibb işçiləri, psixoloqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ailədə, cəmiyyətdə və ümumilikdə ictimai həyatın bütün sahələrində qadınların rolundan bəhs edərək bildiriblər ki, Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması və müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Qeyd olunub ki, bu istiqamətdə qəbul edilən qanunvericilik aktları və dövlət qurumlarının ardıcıl fəaliyyəti ilə yanaşı, vətəndaş cəmiyyətinin, ictimai təşkilatların və hər bir fərdin üzərinə də mühüm vəzifələr düşür. Xüsusilə vurğulanıb ki, qadınlara qarşı zorakılıq cəmiyyətin sağlam inkişafına ən ciddi təhdidlərdən biridir. Bu səbəbdən cəmiyyətin özü də fəal mövqe nümayiş etdirməli, maarifləndirmə işlərini gücləndirməli və zorakılıq hallarının qarşısının alınması üçün birgə səylər ortaya qoymalıdır.

Tədbirdə mövzu ilə bağlı videomaterial nümayiş olunub, iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb.

Избранный
13
ictimaishura.az

1Источники