ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Azərbaycanın ilk biznes yönümlü xəbər kanalı kimi fəaliyyət göstərən "ARB 24" bu gün fəaliyyətinin yeddinci ilinə qədəm qoyur.
BAKU.WS xəbər verir ki, telekanal 27 noyabr 2018-ci ildə ümumrespublika yayımına start verib və həmin vaxtdan etibarən 24 saat fasiləsiz informasiya axınını təmin edir.
Kanal ölkə və dünya gündəmində baş verən hadisələri, xüsusilə də iqtisadi prosesləri operativ şəkildə tamaşaçılara çatdırmağı əsas prioritet seçib.
BAKU.WS kollektivi olaraq "ARB 24" komandasını yubiley münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.