RU

Papanın Türkiyə səfəri rekorda imza atdı

Vatikan lideri Papa XIV Leo bu gün Türkiyəyə rəsmi səfərə gəlib.

Publika.az xəbər verir ki, Papanı daşıyan, "ITA Airways" şirkətinə məxsus Airbus A320 təyyarəsi yerli vaxtla saat 12:30-da Ankara Esenboğa hava limanına enib.

Təyyarə Romadan yerli vaxtla 07:58-də havaya qalxıb və qısa müddət ərzində Flightradar24 platformasında dünyanın ən çox izlənən uçuşu olub.

Səfərin ilk proqramına uyğun olaraq Papa XIV Leo bu gün Anıtkabiri ziyarət edəcək, ardınca prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşü baş tutacaq. Axşam saatlarında Papanın İstanbula yola düşməsi nəzərdə tutulub.

Избранный
94
31
publika.az

10Источники