RU

Fərhad Məmmədov: “Ermənistanda hakimiyyət dəyişsə, sülh prosesinin xarabalıqları belə qalmayacaq”

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistanda parlament seçkilərinə cəmi yarım ildən bir qədər çox vaxt qalıb və bu fonunda revanşistlər yenidən aktivləşiblər. Ötən həftə Köəaryan blokuna yaxın qüvvələr Ermənistan Baş Prokurorluğunun qarşısında aksiyalar keçirərək saxlanılan müxalifətçilərin və din xadimlərinin azad edilməsini tələb ediblər.

 

Dünən isə “Vahidliyin qanadları” siyasi təşəbbüsünün rəhbəri, Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan seçkilərdə iştirak planlarını açıqlayıb. Onun seçkilərdə qalib gələcəyi təqdirdə prioritetləri heç bir şübhəyə yer qoymur: o, Konstitusiyanı dəyişmək niyyətində olmadığını, müdafiə büdcəsinin 30–40 faizini hərbi-sənaye kompleksinin inkişafına yönəltməyi planlaşdırdığını və Azərbaycan–Ermənistan vətəndaş cəmiyyətləri arasında dialoqa qarşı olduğunu bəyan edib.

Revanşistlərin fəallaşması Ermənistan qarşısında həm ölkənin daxili sabitliyi, həm də regional təhlükəsizlik, xüsusilə də Azərbaycanla sülh prosesi ilə birbaşa bağlı olan bir sıra suallar yaradır.Gələn ilin iyununda keçiriləcək parlament seçkiləri fonunda bu proseslərin mümkün təsirləri barədə Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov “1news.az” saytına müsahibə verib.Bizim.Media həmin müsahibənin bəzi məqamlarını sizə təqdim edir:– Sizcə, Paşinyanın mümkün məğlubiyyəti və hakimiyyət dəyişikliyi sülh prosesini ləngidə bilərmi? Belə bir ssenaridə sülh prosesinə və ümumilikdə regional təhlükəsizliyə hansı risklər yarana bilər?– Əgər Ermənistanda hakimiyyət hazırkı müxalifətin əlində cəmlənsə, hər şey dayanacaq. Yəni sülh prosesi – həm dövlət səviyyəsində, həm də vətəndaş cəmiyyəti səviyyəsində – o qədər dağıdılacaq ki, hətta xarabalıq da qalmayacaq.Çünki indi hakimiyyətə gəlməyə çalışan bu qüvvələrlə Azərbaycanın dialoqu bərpa edəcəyini düşünmürəm. Amma bizim əlimizdə sənədlər, xüsusilə Birgə Bəyanat olacaq.Çox şey yeni hakimiyyətin həmin Bəyanata münasibətindən asılı olacaq. Lakin etiraf etmək lazımdır ki, müxalifətin hazırda nümayiş etdirdiyi yanaşmalarla onlarla razılaşmaq üçün yer qalmır.Bunu ilk növbədə bu qərarların qəbulunda vasitəçi olan ölkələrə, xüsusilə ABŞ-a göstərmək lazım olacaq və Ermənistanın yeni hakimiyyətinin həmin dövlətlərlə münasibət konfiqurasiyası dəyişəcək.Azərbaycanın yeni hakimiyyətə münasibətdə öz mövqeyi də ilk aylarda tam aydınlaşdırılmalıdır.Bu halda Ermənistan yenidən bölgədəki xarici qüvvələrin proksi dövlətinə çevrilə bilər. Bu, bölgədə 25 il davam edən təcrübədir. Yeni hakimiyyət bu kursu davam etdirərsə, Azərbaycan da öz mövqeyini həmin yanaşmaya uyğun quracaq.– Sizcə, sülh prosesinin pozulması riskini minimuma endirən nə ola bilər? Ermənistan hazırda prosesi irəli aparmaq üçün hansı addımları ata bilər?– İlk növbədə, TRIPP-in fəaliyyət rejiminin təsdiqi. Bu, yaxın altı ayda sülh prosesi üçün yeni ab-hava yaradacaq və prosesi ümumilikdə – yalnız dövlətlərarası yox, həm də cəmiyyətlərarası müstəvidə – müsbət istiqamətə yönəldə bilər.Bu gün artıq demək olar ki, sülh gündəliyi formalaşıb. Hər iki hökumət bu gündəliyin əsas çərçivə və prinsiplərinə əməl edir və mövcud şəraitin imkan verdiyi sahələrdə onu irəli aparır.Hər iki tərəfi müəyyən mənada qane edən mənzərə yaranıb. Regionun gələcək konfiqurasiyası artıq formalaşır və tərəflər razılaşdırılmış siyasəti davam etdirir.Azərbaycan üçün əsas məsələ Ermənistanın proqnozlaşdırılan qonşu olmasıdır. Mövcud sülh gündəliyi bu elementin həm Ermənistan, həm də Azərbaycan üçün formalaşmasına yardım edir.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
1
bizim.media

10Источники