RU

Türkiyə Azərbaycanla müdafiə sənayesi sahəsində böyük irəliləyişlər əldə edib

Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq nəticəsində böyük irəliləyişlər əldə etmişik.

“Poliqon” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsindəki çıxışında ölkənin milli müdafiə naziri Yaşar Güler deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri ikitərəfli münasibətlər, NATO, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində gördüyü vəzifələr üzrə intensiv fəaliyyətlərini davam etdirərək bir çox coğrafiyada beynəlxalq təhlükəsizlik, sülh və sabitliyə mühüm töhfələr verir.

“Bu çərçivədə, ilk növbədə can qardaşımız Azərbaycanla ikitərəfli münasibətlərimizi daha da dərinləşdiririk. Belə ki, Azərbaycanın Silahlı Qüvvələrinin yenidən qurulması istiqamətində təlim, yardım və məsləhətçilik fəaliyyətlərimiz, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq nəticəsində böyük irəliləyişlər əldə etmişik və buna davam edirik”, – deyə nazir bildirib.

 

 

Избранный
17
poliqon.az

1Источники