RU

® “Birbank”lı olmaq üstünlükdür

“Kapital Bank” yerli maliyyə bazarında yenilikçi yanaşması ilə milyonlarla müştərisinə əlverişli və sərfəli innovativ həllər təqdim edir. “Birbank”la rəqəmsal dünyanın üstünlüklərini müştərilərinə əlçatan edən bank, maliyyə savadlılığının artırılması istiqamətində də addımları ilə seçilir. Çünki məlumatlı müştəri ona yaradılan imkanları fürsətə çevirir və banka dəyər qatır. Bəs hansı üstünlüklərdən xəbərdar olmaq müştərilər üçün sərfəli ola bilər?

Limitsiz və komissiyasız köçürmələr

Banka məxsus 10 milyona yaxın kartdan “Birbank” kartlarına köçürmələr tamamilə limitsiz və komissiyasızdır. “Birbank”lılar öz kartlarından “Birbank” kartlarına istədikləri qədər vəsaiti heç bir məhdudiyyət olmadan rahatlıqla göndərə bilərlər. Bu isə müştərilərə maliyyə azadlığı qazandıraraq onların vaxt və pul itirmədən sürətli və səmərəli köçürmələr etmələrini təmin edir.

Digər bank kartlarına köçürmə imkanı

Digər yerli bank kartlarına köçürmə edənlər individual qaydada şəxsi vəsaitlərindən 10 min manatadək məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdilər. Bu, müştərilərə maliyyə dünyasının sərhədlərini genişləndirmək və daha sərfəli şərtlərlə əməliyyatlar aparmaq imkanı verir. Eyni zamanda onların rəqabətədavamlı bank xidmətlərindən faydalanmalarını təmin edir.

Maliyyə davranışlarına nəzarət

“Birbank”lılar “Birbank” mobil tətbiqindəki şəxsi kabinetlərində bank əməliyyatlarını icra etməklə yanaşı, limitlərinə və xərclərinə nəzarət edə bilərlər. Bunun üçün mobil tətbiqdə kart məlumatları bölməsinə daxil olmaq yetərlidir. Maliyyə davranışlarını nəzarətdə saxlamaq xərcləri optimallaşdırmaq üçün ilk şərtlərdən biridir. “Birbank”lılar isə bu üstünlüyə sahibdir.

Əlçatan xidmət şəbəkəsi

Ölkə ərazisində yerləşən 1190 ədəd “Kapital Bank”/”Birbank” bankomatı müştərilərə hər yerdə maliyyə əlçatanlığı təqdim edir. Bu bankomatlarda 10 milyona yaxın “Birbank” kartlarındaki şəxsi vəsaitdən 10 000 manatadək nağdlaşdırma komissiyasızdır. Mədaxil funksiyalı bankomatlar isə “Birbank”lılara limitsiz və komissiyasız mədaxil etmək üstünlüyü verir.

Fürsətlər və güzəştlər

“Birbank” taksit kart sahibləri QR ödənişlərdə ikiqat ƏDV bonusu, 24 ayadək taksit və birdəfəlik ödənişlərdə nağdlaşdırma, eləcə də köçürmələrdə 63 günədək güzəşt müddəti kimi fürsətlərə malikdir. “Birbank Star” kredit kartı isə sahibinə maliyyə azadlığı verir. Bu kartla ürəyincə xərcləyən hər kəs, məbləği həmin ay qaytararaq əlavə heç bir ödəniş etmir.

“Birbank”lı olmağın rahat üsulu

“Birbank” kartlarını birbank.az saytından, bir sıra supermarketlərdən, “Wolt” tətbiqindən, partnyor mağazalardan və iri ticarət mərkəzlərində yerləşən xüsusi stendlərdən əldə edib “Birbank” tətbiqində aktivləşdirmək olar. “Birbank”lı olub rəqəmsal maliyyə dünyasında fürsətlərin qapısını açmaq bu qədər asan və rahatdır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank” 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holdinq”ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Избранный
30
15
azertag.az

10Источники