RU

Şəhid Vüqar Əsgərovun doğum günü Kəngərlidə anılıb

Kəngərli rayonunda Vətən müharibəsinin qəhrəmanı Vüqar Rza oğlu Əsgərovun doğum günü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və məktəblilər iştirak ediblər.

 

Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Vüqar Əsgərovun şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıb. Şəhidin atası Habil Cəfərov valideynlər adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

 

Tədbirdə kitabxana əməkdaşları və məktəblilər də çıxış edərək şəhidlərin qəhrəmanlığını və Vətən uğrunda fədakarlıqlarını xatırlayıblar. Şəhidin xatirəsinə videoçarx nümayiş etdirilib və ədəbi-bədii kompozisiya ilə tədbir yekunlaşıb.

 

Bəxtiyar Əliyev

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi



Избранный
24
herbiand.az

1Источники