RU

Əli Əsədov Rusiya Dəmir Yollarının baş direktoru ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru – İdarə Heyətinin sədri Oleg Belozyorov ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının cari vəziyyəti və müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri müzakirə olunub.

Xüsusi diqqət nəqliyyat-logistika sahəsində əməkdaşlığa, o cümlədən dəmir yolları arasında qarşılıqlı fəaliyyətə yönəldilib.

Избранный
41
3
aznews.az

10Источники