RU

Şimal-Cənub dəhlizinin qərb hissəsi üzrə yükdaşımaların həcmi açıqlandı

Bakı. Trend:

Şimal-Cənub dəhlizinin qərb hissəsi üzrə indiyədək 6 558konteyner daşınıb.

Trend xəbər verirki, bunu bu gün “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru OleqBelozyorov MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən83-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Dəhlizin Rusiya, Azərbaycan və İranın daxil olduğu qərb qolundakonteyner daşımaları bu il artıb, konteyner isə nəqliyyatdəhlizləri üzrə yük axınını formalaşdıran əsas yük hesab olunur vəonların sayı 1,6 dəfə artıb. Bu istiqamət üzrə 6 558 konteynerdaşınıb”, - deyə o bildirib.

O. Belozyorov qeyd edib ki, dəhlizin şərq qolunun da daha yüksəkartım nümayiş etdirməsinə baxmayaraq , mütləq rəqəmlərə gəldikdəhəcmlər hazırda təxminən 2 300 TEU təşkil edir.

“Bununla belə, burada inkişaf potensialı kifayət qədər böyükdür.Biz anlayırıq ki, zaman keçdikcə texnologiyalar dəyişir və sisteminbütün elementlərinin – infrastrukturun, daşımaların idarəedilməsinin, həmçinin informasiya və sənəd mübadiləsinin effektivuzlaşdırılması son dərəcə vacibdir. Rusiya və Azərbaycan artıqinformasiya və sənədlərin rəqəmsal formada ötürülməsinə imkan verənikitərəfli sazişlər imzalayıblar. Bu isə kağız daşıyıcılar üzrəsənəd dövriyyəsinin həcmini azaldır və yüklərin rəsmiləşdirilməsiprosesini əhəmiyyətli dərəcədə sürətləndirir”, – o deyib.

Məqalədə:
Избранный
82
az.trend.az

1Источники