RU

İran Naxçıvandan Ermənistana dəmir yolu ilə yük göndərməyə çalışır

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Naxçıvandan keçən dəmir yolu ilə yüklərin daşınmasına başlamağa çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bunu  Report-a açıqlamasında "İran Dəmir Yolları"nın rəhbəri Cabbar Əli Zakeri bildirib.

O qeyd edib ki, hazırda İranın dəmir yolları şəbəkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirilməsi üzrə iş gedir: "Bu gün biz MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının kluarında "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin nümayəndələri ilə danışıqlar aparmışıq ki, İrandan Ermənistana gedən yüklərin bir qismi Naxçıvan vasitəsilə tədarük olunsun. Bununla Naxçıvandakı dəmir yolu işə düşəcək. Bunun qısa zamanda həyata keçirilməsi üçün çalışırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
57
1
bakivaxti.az

2Источники