RU

Ukrayna xəyanətə uğrayıb?

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya prezidenti Vladimir Putinin müşaviriYuriUşakov arasında baş tutan telefon danışığı ilə bağlı iddialar irəli sürülüb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

İddiaya görə, oktyabrın 14-də baş tutan danışıq zamanı Uitkoff Uşakova "Zelenski Ağ Evə çatmazdan əvvəl Putinlə Trampı telefonda danışdıraq" deyib.

Uitkoff Putinin zəngə Trampın sülh səylərini tərifləmək, ona hörmətini ifadə etmək və "sülh adamı" kimi təqdim etməklə başlamasını təklif edib. "Qəzza üçün 20 maddəlik plan hazırlamışıq. Düşünürəm ki, bəlkə də sizinlə də eyni şeyi edəcəyik", - Uitkoff söyləyib.

Sözügedən hadisədən cəmi iki gün sonra, oktyabrın 16-da isə Tramp və Putin, oktyabrın 17-də isə Tramp və Zelenski arasında telefon danışığı baş tutub. Həmin dövrdə də Ukraynaya göndərilməsi planlaşdırılan "Tomaqavk" raketləri və digər silah yardımları qəfildən təxirə salınıb.

Избранный
61
publika.az

1Источники