RU

Kofein asılılığının təhlükələri - Çox istifadə nələrə səbəb olur? -AÇIQLAMA

Qəhvəni, kofeini hər nə qədər sevsək də, onların sinir sistemimizə və psixologiyamıza mənfi təsirləri vardır. Kofein hər orqanizmə eyni təsiri də göstərmir. Xüsusi ilə onun nəyin tərkibində olması önəmli məsələlərdəndir. Ümumi götürsək hər bir orqanizm gündəlik 400 mq qədər kofe içə bilər ki, onun tərkibindəki kofein miqdarı orqanizm üçün normal hesab olunur. Lakin yuxarı yaşlı insanlar, hamilə və süd verən qadınlar, xüsusi ilə xroniki xəstəliyi olan insanlar, ürək, qan-damar, yuxu problemləri olanlar kofe və tərkibində kofein olan məhsulları qəbul edərkən diqqətli olmalıdır. 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Missiya.Az-a kofeindən çox istifadənin orqanizmə mənfi təsirlərindən danışıb.

O bildirib ki, bir çox hallarda həddən artıq kofe qəbul edən insanlarda sağlam insan olsa belə, ürək-damar sistemində problem yaranır. Təzyiqin oynaması, bəzilərində sürətlə yuxarı qalxması və yaxud aşağı enməsi halları yaşana bilər. Eləcə də, davamlı olaraq kofein qəbul edən insanlarda narahatlıq, gərginlik, yuxusuzluq özünü göstərir. Xüsusən ilə gündüz bu yuxu tutmaları baş verir.

Ekspertin sözlərinə görə, ac qarına içilən və yaxud davamlı kofein qəbul edən insanlarda, həzm sistemində problem yarana bilər və mədə turşuluğunun yüksək olması səbəbindən qastrit, mədə xorası formalaşır. Eyni zamanda yuxu sisteminin pozulması hormonal balansı pozan amillərdəndir. Bir digər məqam da asılılıq yaratma əlamətidir. Kofeinə müəyyən müddət öyrəşdikdə miqdarı artırılır ki, bu baş ağrısı, yorğunluq, aqressiyaya gətirib çıxarır. Bu səbəbdən gündəlik miqdarı keçməyəcək şəkildə istifadə məqsədə müvafiqdir. Xüsusən, yuxu rejiminə mənfi təsir edən insanlar yatmadan öncə kofeini qəbul etməsinlər.

"Enerji içkilərində də kofein yüksək miqdardadır. Lakin bu içkilərdə kofeinlə bərabər sintetik mənşəli vitamin və minerallar digər maddələr, xüsusi ilə taurin- yüksək şəkər var ki, bu orqanizm üçün çox zərərlidir. Məsləhətdir ki, 25 yaşa qədər insanlar enerji içkisindən istifadə etməsin. Bu istifadə ürək-damar xəstəlikləri, az yaşlılarda qəfil ürək getməyə də səbəb ola bilir. İnsanlar enerjili, gümrah və sağlam olmaq üçün təbii qidalardan istifadə etsinlər. Məsələn, nanə qaynadılaraq ona azca bal və zəncəfil əlavə olunsun. Bu həm təbii içkilərin istifadəsidir, həm də immun sistemini gücləndirir və enerjili olmağa kömək edir",- Məhsəti Hüseynova əlavə edib.

İlahə Qənbərli Missiya.Az

Избранный
74
missiya.az

1Источники