RU

İş yerindən Leninin büstü tapıldı - FOTOLAR

Bakıda SSRİ bayrağı ilə yürüş təşkil edən və sosial şəbəkələrdə kommunist ideologiyasını təbliğ edən videolar yayan İbrahim Əsədli ilə bağlı yeni faktlar üzə çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, İbrahim Əsədlinin iş yerində axtarış zamanı polis əməkdaşları kommunist əşyaları, o cümlədən Leninin büstü və Çe Gevaranın portretləri aşkar ediblər.

***

10:50

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.

DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.

Modern.az xəbər verir ki, saxlanılan İbrahim Əsədli tanınmış həkim-onkoloqdur.

Bir müddət əvvəl "unikal" saytı onun sevgilisi ilə birlikdə öz həyat yoldaşını döydüyünə dair xəbər yayımlayıb.

Belə ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanmışdı. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərmişdi.

"Cebheinfo.az"

Избранный
36
1
cebheinfo.az

3Источники