Bakı. Trend:
Digər sahələrlə müqayisədə neft-qaz sektoru süni intellektintətbiqinə mühafizəkarcasına yanaşır.
Trend xəbər verirki, bunu SOCAR-ın direktor müavini Ülvi Zamanbəyov Bakıda keçirilənSPE 2025 Xəzər Texniki Konfransında bildirib.
“Buna səbəblər - risklərə ehtiyatlı yanaşma və tədqiqatlarınyüksək dəyərli olmasıdır”, – deyə o bildirib.
Ülvi Zamanbəyov vurğulayıb ki, şirkət mühəndislər və hasilatüzrə mütəxəssislərdən ibarət komandalar yaradır, müxtəlif təcrübəyəmalik qruplar formalaşdırır.
“Bundan əlavə, məlumat sahəsi və kompüter elmləri ilə biznesarasında körpü rolunu oynayan komandalar fəaliyyət göstərir.İstifadəçilərin məhsullarla işləməsini asanlaşdırmaq üçün xüsusiinterfeyslər və alətlər hazırlanır ki, biznes bölmələri özləriniməlumat üzrə mütəxəssis kimi hiss etsinlər”, – deyə o əlavəedib.
SOCAR nümayəndəsi qeyd edib ki, innovasiyalar da prioritetdir.Neft-qaz sektoru çoxsaylı təcrübələr, eləcə də “sınaq və səhv”yanaşmasını tələb edir.
“Bunun üçün avtomatlaşdırılmış infrastruktur yaradılır, açıqmənbəli alətlərdən istifadə olunur ki, təcrübələrin sürətlikeçirilməsi təmin edilsin”, – deyə o bildirib.
Ülvi Zamanbəyov, həmçinin məlumatların idarə edilməsininvacibliyini vurğulayıb və bildirib ki, məlumat elmi uğurunaçarıdır:
“Əgər məlumatlar aşağı keyfiyyətdədirsə, model nə qədər yaxşıolsa da, nəticə pis olacaq. Bu səbəbdən SOCAR, məlumatlarındəyərini sürətlə qiymətləndirməyə imkan verən platformalar vəəks-layihələndirmə metodlarından istifadə edir".