RU

Polisin saxladığı İbrahim Əsədli tanınmış həkim imiş - FOTO

Yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər birimizin məsuliyyətidir.

Xüsusilə yolda hərəkət zolağının düzgün seçilməsi və bu zolaq üzrə hərəkətin qorunması sürücü intizamının əsas göstəricilərindən biridir.

Avtosfer.az xəbər verir ki, yolun hərəkət hissəsinin zolaqlara ayrılması nəqliyyatın axınının tənzimlənməsində, istiqamətin müəyyənləşdirilməsində, bir sözlə - qəza riskinin qarşısının almasında mühüm rol oynayır.

Təəssüf ki, bəzi sürücülər məsuliyyətsiz davranaraq nişanlanma xətlərini,  digər avtomobilləri nəzərə almadan zolaqları tez-tez dəyişirlər ki, bu da yollarda qarışıqlıq, süni sıxlıq və qəza riski yaradır.

Hər bir sürücü daxil olduğu hərəkət zolağında, müəyyən olunmuş istiqamət üzrə nizamlı hərəkət etsə, yolda axıcılıq təmin olunmaqla sıxlığın qarşısı alınar, yol-nəqliyyat hadisələrinin sayı minimuma enər.

Unutmayaq ki, zolaqda nizamlı hərəkət mədəniyyətin, intizamın və digər yol iştirakçılarına ehtiramın göstəricisidir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Yollarda hərəkət zolaqlarını dəyişmək yalnız qaydalarla müəyyən edilmiş hallarda və müvafiq dönmə siqnalı verməklə yerinə yetirilməlidir. Hər bir sürücü məsuliyyətli davranarsa, yollarımız daha təhlükəsiz, hərəkət daha rahat və rəvan olar.

Gəlin, birlikdə sürücü intizamını daha da möhkəmləndirək, yollarımızı daha da təhlükəsiz edək!

Избранный
63
avtosfer.az

1Источники