RU

Putinin köməkçisi qalmaqallı stenoqram barədə danışmaqdan imtina etdi

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, o, ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoffla tez-tez danışır, lakin onların telefon danışıqlarının mediada yer alan yazılarına münasibət bildirməkdən imtina edib.

"Yeni Sabah" xəbər verir ki, "Bloomberg" agentliyi Trampın xüsusi elçisi Stiven Uitkoffla Uşakov və Kirill Dmitriyev arasında telefon söhbətlərinin stemoqramını dərc edib.

"Mən Witkoff ilə tez-tez danışıram, lakin söhbətlərimizin mahiyyətini şərh etmirəm, çünki söhbətlər məxfidir", - deyə Uşakov "Rossiya 1" telekanalında "Moskva. Kreml. Putin" proqramının aparıcısı Pavel Zarubinə bildirib.

Xatırladaq ki, Uitkoffun gələn həftə Moskvaya səfəri gözlənilir.


Telegram kanalımız
Избранный
58
50
yenisabah.az

10Источники