RU

SSRİ bayrağı qaldıran İbrahim Əsədli haqqında ŞOK FAKTLAR: sevgilisi ilə birləşib arvadını döyübmüş

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.

Azərbaycan polisi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıblar.

Heftelik.az xəbər berir ki, Lent.az saxlanılanlardan İbrahim Əsədli haqqında maraqlı faktlar əldə edib.

Məlum olub ki, İbrahim Əsədli əvvəllər həkim kimi fəaliyyət göstərib. O, hətta bir sıra televiziya kanallarında özünü xərçəngin müalicəsini tapan həkim kimi təqdim edirmiş.

Bundan başqa, adıçəkilən həkim daim mediada qalmaqalla yadda qalıb.

Bir müddət əvvəl onun işlədiyi klinikada sevgilisi ilə yaşadığı macəradan mütün media yazmışdı.

Mediada yazılanlara görə, İbrahim Əsədlinin onkoloq-həkim kimi çalışdığı “Loğmed” Klinikasında sevgilisi olub.

Hətta bildirilir ki, İbrahim Əsədlinin sevgilisi A. Sultanova həkimin həyat yoldaşı Aynur Əsədlini də döyübmüş.

Belə ki, İbrahim Əsədli sevgilisi A.Sultanova ilə iş otağında olanda həyat yoldaşı Aynur Əsədli ora gəlib.

Bu vaxt Aynur Əsədli ilə həyat yoldaşı İbrahim Əsədli arasında mübahisə yaranıb. Mübahisə “Loğmed” klinikasının həyətində davam edib. İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu qadınla birlikdə həyat yoldaşını döyüb. O zaman bu iş polisə qədər gedib çıxmışdı.

Bütün bu olanlardan sonra uzun müddət “Loğmed” Klinikasında çalışan onkoloq-həkim İbrahim Əsədli işdən çıxarılıb.

 

Избранный
17
2
heftelik.az

3Источники