RU

Bakıda SSRİ bayrağı qaldıranlardan biri məşhur onkoloqdur - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.

"Unikal"ın məlumatına görə, saxlanılan İbrahim Əsədli tanınmış həkim-onkoloqdur. Bir müddət əvvəl saytımızda onun sevgilisi ilə birlikdə öz həyat yoldaşını döydüyünə dair xəbər yayımlamışdıq.

Belə ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanmışdı. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərmişdi.

Избранный
54
6
unikal.az

8Источники