ain.az, Tribuna portalına istinadən məlumat yayır.
Azərbaycanın maliyyə sektorunda yeni qalmaqal başlayıb.
Tribuna FED.az-a istinadən xəbər verir ki, son vaxtlaradək ölkənin tanınmış BOKT-larından olan, amma hazırda fəaliyyətini dayandırmış «Finoko» BOKT-un avtomobillərinə həbs qoyulub.
Avtomobillərə həbs qoyulması «Finokon» BOKT-un üzləşdiyi məhkəmə mübahisəsi çərçivəçsində baş verib. Qarşı tərəfin iddiası əsasında məhkəmə qərarı ilə kredit təşkilatının 83 avtomobili üzərində həbs qoyulub.
Maraqlıdır ki, bu avtomobillərin demək olar ki, hamısı BOKT-un lizinq üsulu ilə ayrı-ayrı şəxslərə satdığı maşınlardır və hazırda öz yeni sahibləri tərəfindən istifadə olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.