Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatınıtəmin etmək məqsədilə 29 və 30 noyabr tarixlərindəBakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyinedir.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Bildirilib ki, sərnişinlər, eyni zamanda, bu istiqamətlər üzrəgündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya"ADY Mobile" tətbiqindən əldə etmək olar.