"Qarabağ"ın U-19 komandası Gənclər Liqasının əsas mərhələsinin 5-ci turunda bu gün "Napoli" ilə qarşılaşıb.
"Football-plus.az" xəbər verir ki, Neapolda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Kristian Raggioli (4) və Fransisko Barido (82) vurub.
Güclü leysan səbəbindən 61-ci dəqiqədə oyun dayandırılıb. Bir neçə dəqiqəlik fasilədən sonra görüşün çexiyalı baş hakimi Dominik Starı oyunun bərpa edilməsi barədə qərar verib.
5 oyunun hamısında uduzan "Qarabağ" U-19 komandası 35-ci yerdədi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта