RU

AQTA-nın bölmə rəisi: Restoranlarda və şadlıq evlərində reydlər keçiriləcək VİDEO

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrinə, o cümlədən, restoran və şadlıq saraylarının məsul şəxslərinə xəbərdarlıq edir. Agentlik bildirir ki, yalnız baytarlıq nəzarəti təmin edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir.

Agentlik tərəfindən reydlər həyata keçiriləcək və tələblərə əməl etməyən ictimai iaşə müəssisələri, xüsusilə də restoran, şadlıq sarayları barəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.

AQTA-nın Bakı regional bölməsinin rəisi Elşad Cəbrayılov AZƏRTAC-a bildirib ki, ölkə ərazisində heyvan mənşəli məhsulların dövriyyəsi və istehlaka təqdim edilməsi prosesi mütləq şəkildə həmin məhsulların baytarlıq ekspertizasının keçirilməsini təsdiq edən baytarlıq sənədləri ilə müşahidə olunmalıdır. O cümlədən ölkə ərazisinə idxal olunan heyvan mənşəli məhsullar da yüksək risk qrupuna aid edildiyi üçün risk əsaslı yanaşma tətbiq edilməklə həmin məhsulların sınağı aparılır və müvafiq idxal sağlamlıq aktı ilə təmin edilir. Respublikada fəaliyyət göstərən iaşə obyektləri, o cümlədən şadlıq evləri, restoranlarda istehlakçılara təqdim olunan hər bir heyvan mənşəli məhsula dair qeyd olunan müvafiq sənədlər təmin olunaraq istehlakçılara təqdim edilməlidir.

“Agentlik tərəfindən bütün ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə müəssisələrinə, xüsusən də şadlıq evlərinə və restoran sahiblərinə müvafiq xəbərdaredici məktublar göndərilib və orada istehlakçılara təqdim olunan heyvan mənşəli məhsulların müvafiq baytarlıq sənədləri təmin edilərək satışa təqdim etmələri nəzərlərinə çatdırılıb. Agentlik tərəfindən bu sahədə müvafiq reydlər, nəzarət tədbirləri həyata keçiriləcək. Aparılacaq planlı və plandankənar yoxlamalar zamanı, o cümlədən AQTİS sistemi üzərindən izlənmə əsasında həmin məhsulların müvafiq sənədlərinin tələb edilməsi həyata keçiriləcək. Qanunvericiliyin tələblərini pozan hər bir sahibkarlıq subyekti barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq inzibati tədbirlər görüləcək”, - deyə E.Cəbrayılov qeyd edib.

Избранный
44
24
azertag.az

10Источники