Bakı. Trend:
Noyabrın 25-də Nayrobidə akkreditə olunmuş beynəlxalqtəşkilatlar və diplomatik korpus nümayəndələri üçün brifinqkeçirilib.
Bu barədə Trend-ə Dövlət Şəhərsalma və ArxitekturaKomitəsindən məlumat verilib.
Bildirilib ki, iştirakçılara 17-22 may 2026-cı il tarixində Bakışəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncüsessiyası (WUF13) ilə bağlı hazırlıq işləri və ümumi fəaliyyətplanı barədə məlumat verilib.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının3-cü sessiyası ilə paralel keçirilən bu brifinqin məqsədidiplomatik korpuslar, Azərbaycan Hökuməti və UN-Habitat arasındahəm WUF13, həm də onun proqnozlaşdırılan nəticələrinə dəstəkgöstərmək məqsədilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.
Azərbaycanın Respublikasının Keniya və Konqoda fövqəladə vəsəlahiyyətli səfiri, BMT-nin Nayrobidə daimi nümayəndəsi SultanHacıyevin moderatorluğu ilə keçirilən brifinq zamanı UN-Habitat-ınicraçı direktoru Anaklaudia Rossbax və Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru AnarQuliyev həm Forumda fəal iştirak, həm də milli və institusionaltərəfdaşların səfərbər olunmasına dəstək göstərilməsi ilə bağlıçağırış ediblər.
Anar Quliyev prosesdə tərəflərin əməkdaşlıqda iştirakınınönəmini qeyd edib, həmkarlarını 2026-cı ildə Bakıda keçiriləcəkqlobal şəhərsalma tədbirində şəhər sakinlərinin həyatınıyaxşılaşdıracaq həllərin hazırlanmasında fəal iştiraka çağırıb.