RU

Erməni müğənniyə verilən 12 xal: Hər şey belə başlayıb

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 xal verib. 

S.Əfəndi ən yüksək xal verərkən, erməni müğənninin bunu haqq etdiyini vurğulayıb. S.Əfəndinin daha sonra onu qucaqlaması cəmiyyətdə müzakirələrə səbəb olub. 

“Cebheinfo.az” xəbər verir ki, əslində isə prosesin başlanğıcı daha əvvəlki tarixə - 20 sentyabra dayanır. Həmin vaxt Azərbaycan və Ermənistan nümayəndələri bir-birlərinə qarşılıqlı 10 xal vermişdilər. 

Belə ki, Azərbaycan tərəfdən münsiflər heyətində təmsil olunan müğənni Samirə Əfəndi erməni iştirakçı Saro Gevorgyanı 10 balla qiymətləndirmişdi. Ermənistan münsifi Vrezh Kirokosyan isə cavab jesti olaraq Azərbaycan təmsilçisi Sabina Zadəyə eyni qiyməti vermişdi. Bu hadisə regional mətbuatda həm “xoş niyyət jesti”, həm də təsadüf kimi kimi təqdim olunmuşdu. 

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
cebheinfo.az

2Источники