Hazırda iki ölkə arasında Yekun sülh müqaviləsi bağlanmayıb.
Görün, erməni bizimlə sülh istəyir?
Biz müharibədə qalib olmuşuq. N. Paşinyan məcbur buna gedir.

Sülh prosesini dövlətlər aparır. Heç bir vətəndaşın yaxud hər-hansı bir sahədə çalışan şəxsin ixtiyarı yoxdur ki, durub xalqın adından sülhdən danışsın. Nə bilim, sülh prosesinə töhfə versin. Heç bir şəxsin xalqın adından durub, ermənini qucaqlayıb "sülh naminə edirəm"- deməsi qəbulolunmazdır. Bu hərəkət şəxsin özünün erməniyə rəğbətindən irəli gəlir. Kim erməniyə dayı deyirsə, özü bilər. Erməniyə dayı deyən, qucaqlayıb bağrına basan azərbaycanlı ola bilməz!!
Samirə adında bir "oxuyançı" gedib Qazaxıstanda Azərbaycan dövləti adından sülhə töhfə verdiyini bəyan edir. Sen kimsən, axı?!!
Erməniyə simpatiyan var, özün bilərsən. Xalqın adından danışa bilməzsən. Bu xalqın adından prezident və sülh prosesinə töhfə verən xalqın siyasətçisi və ziyalısı olur".