RU

Beyəlxalq Muğam Mərkəzində “Con moto” adlı növbəti konsertini keçirəcək

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Bakı Müasir Musiqi Cəmiyyəti Cadenza orkestrinin iştirakı ilə 29 noyabr saat 19:00-da Beyəlxalq Muğam Mərkəzində "Con moto" adlı növbəti konsertini keçirəcək. Konsertdə Vladimir Runçakın "Sədaların səsləri", Çarı Nurımovun "İndira Qandinin xatirəsinə" adlı kvarteti, Qara Qarayevin Prelüd №2 və №7  (işlənmə Lalə Piriyeva), Benjamin Yusupovun "Con moto" və John Tavenerin "Quzu" (işlənmə Ayaz Qəmbərli) əsərləri ifa ediləcək. Qeyd edək ki, əsərlər Azərbaycanda ilk dəfə ifa olunur. 

Konsertə giriş sərbəstdir. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
news.milli.az

2Источники