RU

Turist şəhərində DAŞQIN: Elektrik xətləri yeganə XİLAS YERİ OLDU – VİDEO

Tailandda güclü daşqın səbəbilə insanlar elektrik xətlərinə dırmaşaraq xilas olurlar.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Tailandın cənubundakı Hat Yay şəhərində güclü leysan nəticəsində genişmiqyaslı daşqın yaranıb. Su səviyyəsi 1,5–3 metrə qədər qalxıb, yaşayış məhəllələrinin ilk mərtəbələri tamamilə su altında qalıb.

Əhali və turistlər təxliyə edilir, lakin bəzi bölgələrdə suyun sürətlə qalxması səbəbindən insanlar elektrik xətlərinə dırmaşaraq özlərini xilas etməyə çalışıblar. Xilasedicilər həmin ərazilərə çətinliklə daxil olur.

Şəhərdə nəqliyyat iflic olub, yüzlərlə ev və obyekt yararsız vəziyyətə düşüb. Yağışların davam edəcəyi barədə xəbərdarlıq edilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
20
interpress.az

1Источники