Xəbər verdiyimiz kimi, Yasamaldakı çoxmərtəbəli binada baş vermis yanğınla bağlı “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev həbs olunub.
Publika.az xəbər verir ki, Teleqraf Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Bəhruz Paşayevin fotosunu əldə edib.
Qeyd edək ki, Bəhruz Paşayevin rəhbəri olduğu “TAXES GROUP” MMC dövlət qeydiyyatına 2018-ci ildə alınıb. Şirkətin hazırda 6436.04 AZN vergi borcu da mövcuddur. “Loft Dent” klinikası isə sözügedən obyektdə 2023-cü ildə fəaliyyətə başlayıb.