RU

Əraqçi Fransaya səfər planlaşdırır - Hansı məsələlər müzakirə olunacaq?

İranın xarici işlər naziri Abbas Əraqçi yaxın günlərdə Fransaya səfər etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bu həftə baş tutacaq Paris səfərində ikitərəfli məsələlərin və regional hadisələrin müzakirəsi gözlənilir.

Bildirilir ki, Əraqçi Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (OPCW) Niderlandda keçirilən illik toplantısında iştirak etdikdən sonra Fransaya səfər edəcək.

Qeyd olunur ki, Paris görüşləri İranın mövqeyini və qanuni tələblərini təqdim etmək üçün mühüm platforma rolunu oynayacaq.

Избранный
41
publika.az

1Источники