RU

Gecə yemək yeyənlər bunu mütləq oxusun

Daimi olaraq gecə vaxtı qidalanmaq diş sağlamlığına ciddi ziyan vura bilər. AzPost xəbər verir ki, bu barədə stomatoloq-terapevt Viktoriya Çeredniçenko danışıb.

Ekspertin izahına görə, əsas təhlükə ondadır ki, gecə orqanizmdə bütün proseslər yavaşlayır, o cümlədən tükürük ifrazı azalır. Tükürük isə təbii olaraq ağız boşluğunu təmizləyir və qida qəbulundan sonra turşuluğu normallaşdırır. Tükürük yetərli olmadıqda qida qalıqları və şəkər bakteriyalar üçün əlverişli mühit yaradır və nəticədə dişlərin emalı zədələnir.

Stomatoloq mümkün olduqda gecə qidalanmaq vərdişindən tam imtina etməyi tövsiyə edir. Əgər bu mümkün deyilsə, az şəkərli qidalar seçilməli, çox sərt və ya temperaturu kəskin fərqli məhsullardan qaçınmaq lazımdır. Qidalanmadan sonra isə ən azından ağızı su və ya ağız yaxalayıcı ilə yaxalamaq qida qalıqlarını aradan qaldırmağa kömək edir.

Həmçinin, stomatoloq 3–4 ayda bir diş həkiminə müraciət etməyin riskləri minimuma endirdiyini qeyd edib.

AzPost.az

Избранный
22
1
azpost.info

2Источники