RU

Samira Efendi Ermənistan nümayəndəsinə 12 bal verməsi və onu qucaqlaması ilə bağlı müzakirələrə cavab verib

Bakı. Trend:

Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycantəmsilçisi Samira Efendinin Ermənistan nümayəndəsinə 12 bal verməsivə daha sonra həmin iştirakçının Efendiyə yaxınlaşıb onuqucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Trend xəbərverir ki, Samirə Efendi və komandası mövzu ilə bağlı açıqlamayayıb.

Bildirilib ki, bu jest sırf münsiflik etikası, səhnə mədəniyyətivə insani münasibətlər çərçivəsində baş verib. Hadisəninmilli-mənəvi dəyərlərimizə hörmətsizlik kimi təqdim olunmasıgerçəkliyi əks etdirmir:

"Samira Efendi yaradıcılıq fəaliyyəti boyunca milli dəyərlərəbağlılığını daim nümayiş etdirib. Xatırlatmaq istərdik ki, 2023-cüildə “Altın Kelebek” mükafatından əldə etdiyi bütün gəlirAzərbaycan şəhidlərinin övladlarına və Türkiyədə deprem nəticəsindəailəsini itirmiş uşaqlara bağışlanmışdır. Səs Azərbaycanlayihəsindəki çıxışından sonra isə o, şəhid ailələrinin övladları,eləcə də daun və autizm sindromlu uşaqlar üçün təşkil olunantədbirlərdə dəfələrlə iştirak edərək sosial məsuliyyət nümunəsigöstərmişdir. Bu fəaliyyət onun illərdir davam edən humanizm vəvətənpərvərlik mövqeyini açıq şəkildə təsdiq edir.

Hazırda Azərbaycan–Ermənistan sülh prosesinin dövlətsəviyyəsində ən yüksək mərhələyə çatdığı bir dönəmdə humanistjestlərin yanlış anlaşılmaması xüsusi önəm daşıyır. Saziş mətnininartıq paraflanması və prosesin rəsmi icra mərhələsinə daxil olması,eləcə də bir neçə gün əvvəl erməni nümayəndə heyətinin Bakıyasəfəri regionda yeni siyasi reallığın formalaşdığını göstərir. Bukontekstdə beynəlxalq platformalarda nümayiş etdirilən mədəni vəinsani münasibətlər ölkəmizin sülh, sabitlik və diplomatikyumşaqlıq siyasəti ilə tam uyğunluq təşkil edir.

Samira Efendi məsələyə “Tarixin Bir Günü” verilişində şəxsimünasibətini belə ifadə edib:

“Mən hər zaman xalqımın yanındayam. Şəhidlərimizin xatirəsimənim üçün hər şeydən üstündür. Dövlətimizin apardığı sülhsiyasətinə hörmət edir və dəstək verirəm. Bir qazi övladı kimitarix yaddaşı mənim üçün dəyişməzdir – biz keçmişi unutmuruq,unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir; övladlarımızadaha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürməkborcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi –musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğunainanıram.”

Samira Efendi həm yaradıcılığında, həm də şəxsi mövqeyindəAzərbaycan dəyərlərinə sadiq olaraq fəaliyyət göstərir və ölkəmizinhumanizm və sülh yönümlü siyasətini dəstəkləyir", - deyə açıqlamadabildirilib.

Qeyd edək ki, Astanada təşkil olunan beynəlxalq musiqimüsabiqəsinin final mərhələsiAzərbaycanı münsif qismində təmsiledən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyanaən yüksək xal olan 12 bal verib. Daha sonra Saro Gevorkyan SamirəƏfəndiniyə yaxınlaşaraq onu qucaqlayıb. Bu sosial şəbəkələrdə genişmüzakirə olunub.

Избранный
64
18
az.trend.az

10Источники