RU

"Dünya ABŞ olmadan da problemlərini həll edə bilər"

Yazını böyüt
Yazını kiçilt

Kanadanın baş naziri Mark Karni Yohannesburqda keçirilən mətbuat konfransında ABŞ-a vacib bir mesaj verib.

Hafta.az-ın yazdığına görə, 60 yaşlı siyasətçi Donald Tramp administrasiyasının həftəsonu keçirilən G20 sammitinə heç bir nümayəndə göndərmədiyinə diqqət çəkərək, dünyanın ABŞ olmadan da iqtisadi problemlərini həll edə biləcəyini iddia edib.

Karni bildirib ki, sammit dünyaya "qlobal iqtisadiyyatın ağırlıq mərkəzinin dəyişdiyini" xatırladır və əlavə edib: "Biz keçid deyil, qırılma yaşayırıq. Çox sayda ölkə geosiyasi bloklara və proteksionist döyüş meydanlarına cəlb olunur. Hər bir qırılma özü ilə birlikdə qurmaq üçün bir məsuliyyət gətirir. Nostalji strategiya deyil".

Kanada lideri bildirib ki, ABŞ rəsmi şəkildə iştirak etməsə də, sammitdəki ölkələr dünya əhalisinin dörddə üçünü, ümumi qlobal məhsulun üçdə ikisini və dünya ticarətinin dörddə üçünü təşkil edir. Karni əlavə edib ki, Trampla iki ölkə arasında ticarət danışıqları aparmaq üçün tələsmirlər.

Vəzifəyə qayıtdıqdan sonra Donald Tramp şimal qonşusunu ilhaq etmək istəyini bildirib və tarif təhdidləri edib.

Kanadanı ABŞ-ın 51-ci ştatı edəcəyini deyən ABŞ prezidenti, Kanadanın ikitərəfli ticarətdən böyük qazanc əldə etdiyini vurğulayır.

Ottava administrasiyası 10 il ərzində Kanadanın ABŞ xaricindəki ixracını ikiqat artırmağı hədəfləyir.

Избранный
53
hafta.az

1Источники