RU

“Air Serbia” Belqrad–Bakı birbaşa uçuşları üçün danışıqların son mərhələsindədir

Bakı. Trend:

Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” gələn ilin yayındaBelqrad və Bakı arasında birbaşa uçuşların açılması ilə bağlıAzərbaycanla danışıqların son mərhələsindədir.

Trend xəbər verirki, məlumatı aviaşirkətin baş direktoru İrji Marek Serbiyanın RadioTeleviziyasına (RTS) açıqlayıb.

O bildirib ki, “Air Serbia” Avropada şəbəkəsini genişləndirməyivə yeni istiqamətlər açmağı planlaşdırır. “Tiflisdəki uğurumuzdansonra Bakıya növbəti marşrutumuzu işə salmaq üçün danışıqların sonmərhələsindəyik. Tezliklə qərar veriləcək. Biz həmçinin Yaxın Şərqistiqamətini də nəzərdən keçiririk”, – deyə İrji Marek əlavəedib.

Baş direktor noyabrın əvvəlində Astanadan Belqrada birbaşauçuşlar açan Qazaxıstanın “SCAT” aviaşirkəti ilə əməkdaşlığı vəgələn ilin aprelində İordaniyanın “Royal Jordanian Airlines”aviaşirkəti ilə Əmmandan reyslərin başlanması planlarını daxatırladıb.

Избранный
88
az.trend.az

1Источники