RU

Namibiyada Adolf Hitler adlı siyasətçi yerli seçkilərdə qalib gəlir

Adolf Hitler Uunona Namibiyadakı yerli seçkilərdə növbəti dəfə liderliyini qoruyur...

Poliqon xəbər verir ki, Namibiyada öz adı ilə dünya mediasında dəfələrlə viral olmuş siyasətçi Adolf Hitler Uunona yerli seçkilərdə növbəti dəfə inamlı şəkildə liderlik edir. The Sun nəşrinin məlumatına görə, Namibiya Seçki Komissiyası onun daha beş il müddətinə vəzifəsini qoruyacağını gözləyir.

Uunona illərdir vurğulayır ki, adının tarixdəki məşhur diktatorla heç bir ideoloji əlaqəsi yoxdur və o, bu adı normal hesab edib böyüyüb. Onun sözlərinə görə, atası onu bu adla adlandırarkən Adolf Hitlerin qaranlıq tarixi rolunu başa düşməyib.

“Atam məni bu şəxsin şərəfinə belə adlandırıb. Yəqin ki, bu adın mənasını tam başa düşmürdü”, deyə siyasətçi əvvəlki müsahibələrində söyləyib.

Namibiyalı siyasətçi bildirib ki, onu ailəsi sadəcə “Adolf” çağırır və o, ən çox Adolf Uunona adından istifadə edir. Uşaqlıq illərində adının adi olduğunu düşünən Uunona deyib: “Ancaq yeniyetmə olanda başa düşdüm ki, bu insan dünyanı fəth etmək istəyirdi”.

Uunona ilk dəfə 1990-cı ildən hakimiyyətdə olan SWAPO partiyasından seçilib və uzun illərdir Oşana bölgəsində tanınmış siyasi fiqurdur. O deyir ki, tarixdəki Adolf Hitlerin adını daşıması heç bir şəkildə onun siyasi məqsədlərini müəyyən etmir.

“Mənim bu adı daşımağım o demək deyil ki, Oşana bölgəsini idarə etmək və ya kimisə ram etmək istəyirəm”, deyə siyasətçi vurğulayıb.

Müşahidəçilər qeyd edirlər ki, Namibiyada bir çox insanlar kolonial dövrün təsiri ilə Avropa adları alıb və bu ad bəzən heç bir ideoloji yük daşımadan ailə ənənəsi kimi ötürülüb. Uunona isə öz fəaliyyətində sosial proqramlar, infrastruktur məsələləri və yerli icmaların inkişafı ilə bağlı təşəbbüsləri ilə tanınır.

Poliqon.info

Избранный
96
16
poliqon.info

10Источники