RU

Bu gün Azərbaycan idmanında ilin ən yaxşıları bəlli olacaq

Bu

AZƏRTAC və onun iki əməkdaşı namizədlər arasında

Bakı, 26 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan idmanında 2023-cü ilin ən yaxşıları bəlli olacaq.

AZƏRTAC xəbər verir ki, qaliblərin adları Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək qala-mərasimdə açıqlanacaq.

Ən yaxşıların seçimi 3 mərhələdən ibarət olub. İlkin mərhələdə olimpiya idman növləri üzrə federasiyalar nominasiyalar üzrə öz namizədlərini yazıb təqdim ediblər. İkinci mərhələ sosial media vasitəsilə izləyicilər arasında aparılıb. Nəhayət, üçüncü mərhələdə isə nazirlikdə yaradılmış münsiflər komissiyasının rəyi nəzərə alınıb.

Seçim prosesində namizədlər federasiyalardan 50 faiz, izləyicilərdən 30 faiz, xüsusi münsiflər komissiyasından isə 20 faiz səs alıblar.

AZƏRTAC Dövlət İnformasiya Agentliyi “İlin idman media qurumu”, əməkdaşı Elnur Salahov “İlin ən fəal idman jurnalisti”, fotoqrafı İlqar Cəfərov isə “İlin idman fotoqrafı” nominasiyasına namizəd göstərilib.

 

 

 

Избранный
491
2
azertag.az

10Источники