Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar 25.11.2025-ci il saat 10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Qeyd edilib ki, təmir-bərpa işləri aparılan zamanı Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта