RU

Bakıdan verilən mesaj: Türk dünyası yeni mərhələyə qədəm qoyur Şərh

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Bakıda işinə başlayan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu təkcə bir tədbir deyil, eyni zamanda türk dünyasında ictimai diplomatiyanın daha geniş miqyasda formalaşmasının göstəricisidir.

Bunu Ölkə.az-a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə bir mühüm xətt aydın görünür: türk dövlətlərinin güclənən siyasi iradəsi ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da bu böyük coğrafiyanın gələcək əməkdaşlıq modelində daha fəal rol oynayacaq.

“TDT-nin son illər inkişaf trayektoriyası artıq göstərir ki, təşkilat təkcə dövlətlərarası siyasi və iqtisadi platforma deyil, həm də cəmiyyətlər arasında etimad, dialoq və ekspert mübadiləsini təmin edən yumşaq güc mexanizminə çevrilir. Məhz bu səbəbdən QHT-lərin Bakıya səfəri türk inteqrasiyasının siyasi blokundan sosial-humanitar blokuna keçidi simvolizə edir. Bakıda bu tədbir türk coğrafiyasında həmrəylik gündəminin çeviklik və məzmun baxımından genişləndiyini nümayiş etdirəcək. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” paneli xüsusi əhəmiyyət daşıyır, çünki bu dəhliz artıq yalnız nəqliyyat layihəsi kimi deyil, türk dünyasının mədəni, humanitar və kommunikativ birliyinin strateji arteriyası kimi təqdim olunur. Azərbaycan–Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu isə Xəzər hövzəsində sosial-dövlət və cəmiyyət–cəmiyyət əlaqələrinin yeni institutlaşma mərhələsini formalaşdırır. Bu iki istiqamət birlikdə QHT sektorunun regional proseslərdə daha aktiv, analitik və koordinasiyalı rol alacağını göstərir”, - o qeyd edib.

Ə.Nuriyev əlavə edib ki, toplantının ən mühüm mərhələsi 25 noyabrda Naxçıvanda keçiriləcək: “Burada Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunacaq ki, bunu da türk dünyasında ictimai diplomatiya tarixində yeni mərhələnin əsasını qoyur və türk coğrafiyasının gələcək onillik üçün sosial inteqrasiya xəritəsini müəyyənləşdirir.

İlk dəfə olaraq QHT-lər vahid institusional çətir altında birləşir, qarşılıqlı fəaliyyətin uzunmüddətli planlaşdırılması, tematik işçi qruplarının yaradılması, regional layihələrin sinxronlaşdırılması və vahid mövqelərin formalaşdırılması üçün mexanizm meydana çıxır.

Bu tədbir Azərbaycan üçün də çoxplanlı nəticələr yaradır. İlk növbədə, ölkəmiz TDT-nin ictimai mərkəzinə çevrilir. Qarabağdan sonra Azərbaycanın regional liderlik modeli təkcə siyasi və təhlükəsizlik sahəsində deyil, ictimai diplomatiya və QHT platformalarında da güclənir. 

Zəngəzur dəhlizinin humanitar ölçüsünün məhz Bakıda müzakirə edilməsi Azərbaycanın türk dünyasının birləşdirici ideya mərkəzi kimi mövqeyini möhkəmləndirir. 

Azərbaycan–Qazaxıstan əməkdaşlıq formatı, Naxçıvanda təsis konfransı, QHT diplomatiyasının yeni institusional xəritəsi ölkəmizi türk regionunun sosial strateji xəritəsinin qurulmasında əsas aktora çevirir.

Türk QHT Platformasının yaranması gələcək onillik üçün geniş imkanlar açır. 

Beləliklə, 23–25 noyabrda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu təkcə bir tədbir deyil, həm də türk dünyasının sosial arxitekturasının qurulmasına yönəlmiş strateji prosesdir. Azərbaycan bu prosesdə mərkəzləşdirici rol oynayır, TDT isə dövlətlər koalisiyasından cəmiyyətlər koalisiyasına doğru inkişaf edir. 

Bu forumun Bakıda keçirilməsi həm də bir mesajdır: Türk dünyası öz inkişafında yeni mərhələyə qədəm qoyur və bu prosesdə vətəndaş cəmiyyəti artıq passiv müşahidəçi deyil, həmrəyliyin və birliyin fəal daşıyıcısıdır”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
2
olke.az

4Источники